Bakı Limanında böyük artım – açıqlama

Baş səhifə

2026-cı ilin ilk 5 ayı ərzində Bakı Limanında aşırılan quru yükün həcmi 950 203 ton təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77% artım deməkdir.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib. Bununla yanaşı, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.

Mövcud tendensiya və bazar iştirakçılarının yükdaşıma planları nəzərə alınaraq, növbəti aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır.