
Bakı. Trend:
“Mançester Siti” Elliot Anderson üçün ikinci transfer təklifini
edib.
“Nottingem” yarımmüdafiəçi ilə bağlı ilk təklifi rədd etdikdən
sonra “şəhərlilər” yeni və daha yüksək məbləğli offer təqdim
ediblər.
Cek Qauganın məlumatına görə, yeni təklif 106 milyon funt
sterlinqdir və bonuslarla birlikdə bu məbləğ 121 milyon funta qədər
arta bilər.
23 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 38 oyuna çıxıb və 4
qol vurub.

