
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi
sayəsində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində
çoxmərtəbəli yaşayış binasında yerləşən obyektdə baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in qüvvələri tərəfindən təhlükəsizlik
tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
xxx
19:23
Bakının Yasamal rayonunda obyekt yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal
rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın baş
verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının
söndürülməsi istiqamətində tədbirlər davam edir.
“Əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

