İran Filippin bayrağı altında üzən gəmilərin Hörmüz boğazından keçidinə icazə verəcək

Baş səhifə
İran Filippin bayrağı altında üzən gəmilərin Hörmüz boğazından keçidinə icazə verəcək

İran Filippin bayrağı altında üzən gəmilərin Hörmüz boğazından maneəsiz keçidinə imkan yaradacaq.

“Report” xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

Qeyd olunub ki, bu razılaşma Filippin və İran XİN başçıları Mariya Tereza P.Lazaro və Abbas Əraqçi arasında telefon danışığında əldə edilib.