
Bakı. Trend:
Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti müşahidə
olunur.
Trend xəbər verir
ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Bildirilib ki, Şahdağa isə qar yağır. Qarın hündürlüyü Şahdağda
1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl,
Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam,
Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl,
Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir,
Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba,
Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir,
Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa,
Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron
yarımadasında 1 mm-dir.
Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir,
küləyin maksimal sürəti 21 m/s-dir.
Bakıda və Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar,
Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500
metrədək məhdudlaşır.


