Cəlilabadda qəza: Piyada öldü

Baş səhifə

Bakı.Trend:

Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Trend-in
məlumatına görə, hadisə martın 20-si baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Hüseynov Məhəmməd Nazim oğlu
idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman piyada – 1977-ci il
təvəllüdlü Rzayev Ceyhun Kazım oğlunu vurub.




Hadisə zamanı sonuncu aldığı xəsarətlər nəticəsində hadisə
yerində ölüb.

Fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.