Azərbaycan Basketbol Liqasında XX turun oyun cədvəli açıqlanıb

Baş səhifə
Azərbaycan Basketbol Liqasında XX turun oyun cədvəli açıqlanıb

Azərbaycan Basketbol Liqasında XX turun oyun cədvəli açıqlanıb.

“Report” xəbər verir ki, turun qarşılaşmaları martın 28–31-i aralığında keçiriləcək.

Martın 28-də saat 15:00-da “Quba””Naxçıvan”ı qəbul edəcək. Saat 17:00-da “Ordu” “Lənkəran”la üz-üzə gələcək. Günün son matçında isə saat 20:00-da “Sərhədçi” “Sumqayıt”ı sınağa çəkəcək. Martın 29-da saat 14:00-da “Şəki” doğma meydanda “Gəncə” ilə qarşılaşacaq.

Martın 30-da saat 19:00-da “Neftçi” “NTD”ni qəbul edəcək.

Turun son oyununda, martın 31-də saat 19:00-da “Sabah” “Abşeron”la üz-üzə gələcək.