İsrail ordusu İran MN-in kosmik peyklərlə bağlı strateji obyektini məhv edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İsrail Ordusu İranın kosmosda peyklərə qarşı imkanları inkişaf
etdirmək üçün istifadə etdiyi mərkəzi məhv edib

Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)
mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri, hərbi kəşfiyyatın dəqiq
məlumatları əsasında, İran terror rejiminin kosmik sahədə fəaliyyət
göstərən bir mərkəzini məhv edib. Bu mərkəz peyklərə zərbə endirmək
qabiliyyətlərinin inkişafı üçün istifadə olunurdu və bu
qabiliyyətlər İsrail Dövlətinin peykləri, eləcə də dünyanın digər
ölkələrinin kosmik aktivləri üçün təhlükə hesab olunur”,- IDF-in
məlumatında qeyd olunur.




Məlumata əsasən, hədəfə alınan mərkəz hərbi kosmik proqramların
hazırlanması üçün istifadə edilirdi. Bu proqramlar çərçivəsində, o
cümlədən, İran Müdafiə Nazirliyinin Elektronika Sənayesi tərəfindən
hazırlanmış və 2024-cü ilin sentyabrında İnqilab Keşikçiləri
tərəfindən kosmosa buraxılmış “Çəmran-1” peyki də yaradılıb.

“İranın terror rejimi uzun illər ərzində kosmosda müharibə
imkanlarının inkişafına böyük resurslar sərf edib. Bu, onun hərbi
qabiliyyətlərini genişləndirmək və regional, eləcə də beynəlxalq
sabitliyi sarsıtmaq cəhdlərinin bir hissəsi kimi
qiymətləndirilir”,-deyə məlumatda vurğulanır