Xocavənd şəhərində əmək yarmarkası keçirilib

Baş səhifə
Xocavənd şəhərində əmək yarmarkası keçirilib

Xocavənd şəhərində əmək yarmarkası keçirilib.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilmiş yarmarkada qazpaylayıcı stansiyanın operatoru vəzifəsi üzrə vakansiyalar təqdim olunub.

Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan başqa, yarmarkaya qatılan şəxslər Agentliyin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.