Biznes xərclərinə nəzarət “Yelo Bank”ın tarif paketləri ilə daha rahatdır!

Baş səhifə

Bakı. Trend:

Biznesini böyütmək və hər fürsətdə qənaət etmək istəyən sahibkarlar
üçün bank xərclərinin şəffaflığı çox önəmlidir. Əgər hər
əməliyyatda əlavə komissiya ödəməkdən yorulmusansa, “Yelo Bank”ın
təqdim etdiyi biznes tarif paketləri məhz sənin üçündür.

Bu paketlər fərdi sahibkarlar və hüquqi şəxslər üçün bank
xidmətlərini daha proqnozlaşdırıla bilən və səmərəli edir.
Müştərilər öz bizneslərinin miqyasına uyğun seçim edərək, il
ərzində limitlər daxilində əlavə komissiya qayğısı olmadan işlərinə
fokuslana bilirlər.

“Yelo” tarif paketləri sahibkara nə qazandırır?

  • Xərclərini öncədən bilirsən: Ayın sonunda bank komissiyaları
    sənin üçün sürpriz olmur, büdcəni dəqiq planlayırsan.
  • Aktiv bizneslər üçün qənaət: Əgər tez-tez köçürmələr və
    nağdlaşdırma edirsənsə, paket daxilindəki limitlər xərclərini
    minimuma endirir.
  • Hər ehtiyaca uyğun 4 seçim: Kiçik və ya orta biznes – ehtiyacın
    hansıdırsa, ona uyğun fərqli tarif seçə bilərsən.
  • Hər şey daxil: Köçürmələr, nağdlaşdırma, əməkhaqqı layihəsi,
    POS və kassa əməliyyatları artıq vahid paketdə birləşib.

“Yelo Bank”ın tarif paketləri ilə biznesinə çeviklik qat,
büdcəni daha yaxşı idarə et və əlavə xərcləri düşünmə. Daha ətraflı
məlumat və tarif paketi seçmək üçün: https://ylb.az/biznestarifler.

Bank xidmətləri, o cümlədən biznes
kredit
haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook,
Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!