Deputat: “Cəlilabadda 5 429 nəfərin təbii qaz təminatı yoxdur”

Baş səhifə
Deputat: Cəlilabadda 5 429 nəfərin təbii qaz təminatı yoxdur

Hazırda Cəlilabad rayonunun 60 kəndində ümumilikdə 5 429 nəfərin təbii qaz təminatı yoxdur.

“Report” xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

“Azərbaycanda “mavi yanacaq”la təminat səviyyəsi 96,6 %, o cümlədən bölgələrdə 94,7 %-dir. Bunlar, əlbəttə yüksək nəticələrdir. ​Ancaq Cəlilabadın 118 kəndindən 60-na – bunların da çoxu kiçik kəndlərdir – qaz çəkilməyib. Seçicilərimlə görüşəndə onlar həmişə bunu dilə gətirirlər”, – deyə o qeyd edib.

Bundan başqa, parlament üzvü iclasda iştirak edən Baş nazir Əli Əsədova müraciət edib: “​Cənab Baş nazir, cənab hökumətimizin üzvləri, çox xahiş edirəm ki, İranla sərhəd kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı hər hansı layihə həyata keçirilsin. Həmin ərazilərdən əhalinin getməsinə imkan vermək olmaz. Bu, bizim üçün həyati əhəmiyyətli məsələdir və imkan verməyək ki, sərhədyanı ərazilərimizdə əhalinin sayı azalsın”.