
Bakı. Trend:
“Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi
xidmətlərin (Hemodializ, Periton Dializi) təşkili və
təkmilləşdirilməsinə dair Komissiya” tərəfindən 2025-ci ilin
hesabat dövrünə 4,3 min nəfər xəstə qeydiyyata alınıb.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, onlardan 156 nəfəri Naxçıvan Muxtar
Respublikasından olan xəstələrdir.
2025-ci ildə tibb müəssisələrində ümumilikdə 503,9 min dializ
seansı icra olunub. 12 iyun tarixindən TƏBİB-in tabeliyində
fəaliyyət göstərən 47 tibb müəssisəsində hemodializ xidmətinin
mövcud vəziyyətinin yerində öyrənilməsinə başlanılıb, yerlərdə
hemodializ xidmətinin qiymətləndirilməsi aparılıb, həmçinin dərman
vasitələrinin təyinatı üzrə tez-tez rast gəlinən nöqsanlarla bağlı
təlimlər keçirilib.


