
Bakı. Trend:
12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin
müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon
danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər cari regional
təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı,
eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək,
gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.


