
Bakı. Trend:
Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra İran, Livan və
İsraildə 1 800-dən çox insan həyatını itirib, azı 12 500 nəfər isə
yaralanıb.
Trend xəbər verir ki, bu
barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros
Adanom Qebreyesus məlumat verib.
Onun sözlərinə görə, İranda ölənlərin sayı 1 300-dən çoxdur, 9
000-dən artıq insan isə yaralanıb.
Livanda azı 570 nəfər həlak olub, 1 400-dən çox şəxs xəsarət
alıb. İsraildə isə 15 nəfər ölüb, 2 142 nəfər yaralanıb.
ÜST rəhbəri əlavə edib ki, səhiyyə müəssisələrinə qarşı
hücumların sayı da artıb. Onun bildirdiyinə görə, fevralın 28-dən
etibarən İranda səhiyyə obyektlərinə 18, Livanda 25, İsraildə isə
iki hücum qeydə alınıb.
Qebreyesus qeyd edib ki, belə hücumlar yalnız insan itkisinə
səbəb olmur, eyni zamanda əhalinin həyati əhəmiyyət daşıyan tibbi
xidmətlərə çıxışını da məhdudlaşdırır.


