Bakı. Trend:
İran ABŞ Prezidenti Donald Trampın administrasiyasının
gözlədiyindən daha çox hərbi əməliyyatlara hazır olduğunu nümayiş
etdirib.
Trend-in
məlumatına görə, bu barədə “The New York Times” (NYT) qəzeti
Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Mənbələrin fikrincə, münaqişənin ilk həftəsində ABŞ və İsrail
tərəflərində qeydə alınan itkilərin sayı, həmçinin İranın Ali
Lideri Əli Xameneinin ölümündən sonra belə döyüşlərin davam etməsi
Tehranın müharibəyə daha hazırlıqlı olduğunu göstərir.
Eyni zamanda, ABŞ rəsmiləri münaqişə davam etdiyi təqdirdə,
itkilərin artacağını gözlədiklərini bildiriblər.

