Azərbaycanda ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar? – Məbləğ

Baş səhifə

Bakı. Trend:

Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda
rolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırda
ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini
qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615
min
nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə
2 milyon 571 mindir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili bildirib ki, Azərbaycanda qadınların ən çox
çalışdığı sektor təhsildir:

“Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı
722 147 nəfərdir. Onun 242 801
nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin
33.6 faizi deməkdir. Bu, eyni zamanda o deməkdir
ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından
1-i təhsil sferasında işləyir”.




Deputat vurğulayıb ki, əhaliyə səhiyyə və sosial xidmətlərin
göstərilməsi qadınlarımın üstünlük verdiyi ikinci ən böyük
sektordur:

“Ümumi payda 16.2 faiz ilə bu sferada
116 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə
ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır.
Burada 95 566 qadın vətəndaşın əmək müqaviləsi
qeydiyatdan keçib”.

V.Bayramov əlavə edib ki, qadınların orta aylıq əmək haqqısına
gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində təklif
edilir:

“Burada qadın işçilərin orta maaşı 2 915
manat
dır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə
məşğul olan qadın vətəndaşların orta aylıq maaşı gəlir 1
813 manat
dır. Burada ilk üçlüyü informasiya və rabitə
sektoru tamallayır: 1 353 manat. Məşğulluqda böyük
paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı
731 manatdır. Hazırda qadınların orta aylıq maaşı
kişilərin orta əmək haqqısının 68.9 faizinə
bərabərdir. Qlobal olaraq bu nisbət 77-80
faiz
dir”.