Azərbaycanlı gənc Ukrayna müharibəsində itkin düşüb

Baş səhifə

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.

Modern.az xəbər verir ki, hərbi bloger Tofiq Şahmuradovun bildirdiyinə görə, 1994-cü il təvəllüdlü Ağcabədi rayon sakini Haciyev Yusif Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

Onun Rusiya Ordusunun tərkibində Kupyansk istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Ailəsinin məlumatına görə, onu aldadıb aparıblar, Yusif heç rus dilini də yaxşı bilmirmiş.