
Astara Sərhəd Gömrük Keçid məntəqəsindən 20-dən çox Rusiya Federasiyası vətəndaşının Azərbaycan tərəfinə keçidi təmin olunub.
APA-nın məlumatına görə, Rusiya vətəndaşı Aleksandr Davıdov bildirib ki, onlar İranda işlə bağlı olublar:
“İran tərəfdə heç nə görmədik. Sərhədi keçdik. Azərbaycan bizi yaxşı qarşıladı. İsti çay, şirniyyat verdilər. Buna görə təşəkkür edirik”.
Hazırda Astara SGK məntəqəsində təxliyə prosesi davam edir.


