“Beşiktaş” öz meydanında xal itirdi – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XX turun daha bir oyunu
keçirilib.

Trend-in
məlumatına görə, “Beşiktaş” öz meydanında “Alanyaspor”la
qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İstanbul təmsilçisinin heyətində qolları Ozancan Kökçü və yeni
transfer O Hön Qü vurublar. Qonaqlardan isə Güvən Yalçın
fərqlənib.




Bu nəticə ilə xallarını 37-yə çatdıran “Beşiktaş” 5-ci pillədə
yer alıb. “Alanyaspor” isə 23 xalla 10-cudur.

Qeyd edək ki, tura fevralın 9-da keçiriləcək 3 oyunla yekun
vurulacaq.