İŞİD Pakistanda məsciddə törədilən terror aktına görə məsuliyyəti üzərinə götürdü

Baş səhifə

Bakı. Trend:

“İslam Dövləti” qruplaşması Pakistanın paytaxtı İslamabadda
məscidin qarşısında törədilən terror hücumu ilə bağlı məsuliyyəti
öz üzərinə götürüb.

Trend xəbər
verir ki, terror qruplaşması bu barədə “Telegram” kanalında bəyanat
yayıb.




Silahlı qrup, həmçinin hücumçunun üzünün örtülü, gözlərinin isə
bulanıq olduğu bir görüntü də yayımlayıb.

Qeyd edək ki, fevralın 6-da İslamabadda məscidə kamikadze ilə
terror hücumu olub. Partlayış nəticəsində azı 31 nəfər həlak olub,
170-dən çox şəxs yaralanıb.