Millimiz Gürcüstanla qarşılaşacaq

Baş səhifə

Bakı. Trend:

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi
fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq
toplanışında olacaq.

Trend AFFA-nın
saytına istinadən xəbər verir ki, U-17 millimiz hazırlıq
çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş
qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.




Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol
Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması
planlaşdırılır.