Bakı. Trend:
İtaliyanın “Roma” klubu heyətini yeni cinah oyunçusu ilə
gücləndirməyə hazırlaşır.
Trend xəbər verir
ki, paytaxt təmsilçisi Almaniyanın “Bavariya” klubuna məxsus olan
və hazırda İspaniyanın “Selta” komandasında icarə əsasında çıxış
edən Brayan Sarqosanı transfer etməyə yaxındır.
Mənbənin bildirdiyinə görə, İtaliya və Almaniya klubları
futbolçunun satınalma hüququ ilə icarəsi barədə şifahi razılıq əldə
ediblər. Bu hüquq müəyyən şərtlər daxilində məcburi xarakter
alacaq. “Selta” isə icarənin vaxtından əvvəl dayandırılmasına görə
kompensasiya alacaq. Daha əvvəl Sarqosa “Roma” ilə şəxsi müqavilə
şərtlərini razılaşdırıb.
Cari mövsümdə 26 oyunda iştirak edən ispan vinger iki qol vurub
və dörd məhsuldar ötürmə edib. Futbolçunun “Bavariya” ilə
müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt
portalına əsasən, Brayan Sarqosanın bazar dəyəri 10 milyon avro
(təxminən 20 milyon AZN) təşkil edir.

