İran Pakistana təşəkkür etdi

Baş səhifə

Bakı. Trend:

İran Cenevrədə keçirilən BMT İnsan Haqları Şurasında sərgilədiyi
mövqeyə görə Pakistana təşəkkür edib.

Trend-in
məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X”
platformasındakı hesabında paylaşım edilib.

Paylaşımda bildirilir ki, İran xarici işlər naziri Seyid Abbas
Əraqçi və Pakistan Baş nazirinin müavini və xarici işlər naziri
Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.




İranlı nazir BMT İnsan Haqları Şurasında İranla bağlı qətnaməyə
səs verməyə və lehinə səs verməyə çağırış etdiyinə görə Pakistana
təşəkkürünü bildirib.

Telefon söhbətində nazirlər mövcud regional və beynəlxalq
hadisələr haqda fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən gecə BMT İnsan Haqları Şurasında İran
əleyhinə qətnamə səsverməyə çıxarılıb. Bu qətnamə 25 lehinə, 14
əleyhinə və 7 bitərəf səslə qəbul edilib.