
Azərbaycanda ötən il neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 532,3 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 13,7% artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, neft məhsullarından mazut istehsalı 2,2 dəfə, neft koksunun istehsalı 31,3%, qazoylların (dizel yanacağının) istehsalı 22,9%, ağ neft istehsalı 22,9%, avtomobil benzinin istehsalı iisə 17,2% artıb.
Qeyd olunur ki, hesabat dövründə ölkədə neft bitumu istehsalı 2,1%, sürtkü yağları istehsalı isə 48,2% azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
Məhsul növləri | 2025-ci ildə istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.01.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 1 466,7 | 117,2 | 71,2 |
Ağ neft, min ton | 690,7 | 122,9 | 26,5 |
Qazoyllar (dizel yanacağı), min ton | 2 549,2 | 122,9 | 138,2 |
Mazut, min ton | 59 | 2,2 d. | 1,2 |
Sürtkü yağları, min ton | 36,6 | 51,8 | 1,1 |
Maye qazlar, min ton | 225,8 | 132,2 | 2,5 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 750,1 | 70 | 62,2 |
ondan: neft bitumu, min ton | 259,3 | 97,9 | 17,4 |
neft koksu, min ton | 240,8 | 131,3 | 40,7 |


