Bu il ünvanlı sosial yardımların məbləği artacaq

Baş səhifə

Bakı. Trend:

DSMF tərəfindən 2026-cı ildə ödənilən ünvanlı sosial yardımların
artırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu
Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda
2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən
mətbuat konfransında Trend-in sualını cavablandırarkən
bildirib.




Onun sözlərinə görə, ötən il dövlət büdcəsi hesabına 420 milyon
manat məbləğində unvanlı sosial yardım ödənilib:

“Bu da 76 min ailəni əhatə edib. Növbəti il üçün dövlət
büdcəsindən ünvanlı sosial yardımlar üçün 467 milyon manat vəsait
ayrılıb. Bu, ötən illə müqayisədə 40 milyon manatdan artıq vəsait
deməkdir. Yəni, DSMF tərəfindən 2026-cı ildə ödənilən ünvanlı
sosial yardımların artırılması nəzərdə tutulur. Eyni zamanda, qeyd
edək ki, ünvanlı sosial yardım ehtiyac meyarı əsasında
müəyyənləşdirilir. Ehtiyac meyarı da artırılaraq 300 manata
çatdırılıb”.