NASA və SpaceX kosmonavtları yanvarın 14-də Yerə qaytarmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin NASA agentliyi və “SpaceX” şirkəti Beynəlxalq Kosmik
Stansiyadakı (BKS) kosmonavtları yanvarın 14-də Yerə qaytarmağa
hazırlaşır.

Trend xəbər verir
ki, “Crew-11” missiyası çərçivəsində kosmonavtlar 2025-ci ilin
avqustunda BKS-ə çatdırılmışdı.




Yerə vaxtından əvvəl qayıtmaya səbəb kosmonavtlardan birinin
səhhətində yaranmış problemdir.