Yaponiya büdcəsinin ilkin saldosu 28 ildən sonra ilk dəfə profisitli olacaq

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın növbəti maliyyə ilində dövlət büdcəsinin ilkin
saldosu son 28 ildə ilk dəfə profisitli olacaq.

Trend “Bloomberg”
agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş
naziri Sanae Takaiçi jurnalistlərə açıqlamasında bildirib.




Onun sözlərinə görə, hökumət tərəfindən təqdim edilən ilkin
büdcə 1998-ci ildən bəri ilk dəfə müsbət ilkin saldo göstərir. Baş
nazir qeyd edib ki, sənəd güclü iqtisadiyyatın formalaşdırılması
ilə maliyyə dayanıqlığının təmin edilməsi arasında balansın
yaradılmasına imkan verir.

Xatırladaq ki, dekabrın 26-da Yaponiya hökuməti 2026-cı maliyyə
ili üçün büdcəni təsdiqləyib. Aprelin 1-dən qüvvəyə minəcək
büdcənin ümumi həcmi 122,3 trilyon yen, yəni təxminən 782 milyard
ABŞ dolları təşkil edir ki, bu da rekord göstərici sayılır.