
Bakı.Trend:
Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik.
Çünki torpaqlarımız işğal altına düşdü. …Amma bütün belə hallar
olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif
ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur
etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq
edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir.
Trend xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən
sakinlərlə görüşündə deyib.
“Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra
atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr
də, bu qərarların icrası üçün bir addım belə atmayıblar”, – deyə
dövlətimizin başçısı qeyd edib.


