
ABŞ Hərbi Hava Qüvvələri Amerikanın “Lockheed Martin” korporasiyası ilə “C-130J Super Hercules” hərbi nəqliyyat təyyarələrinin istehsalına dair müqaviləni 10 milyard dollar artıraraq 25 milyard dollara çatdırıb.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Müqavilə 16 iyul 2035-ci ilə qədər tamamlanmalıdır. Həmin tarixə qədər istehsal olunacaq təyyarələrin dəqiq sayı göstərilməyib. Amerika tərəfi onların bir hissəsini Avstraliya, Almaniya, Misir, Yeni Zelandiya, Norveç, Filippin və Fransaya satmağı planlaşdırır.
ABŞ Hərbi Hava Qüvvələri həmçinin “Boeing” şirkətinə “B-52 Stratofortress” strateji bombardmançı təyyarələri üçün mühərrik dəyişdirmə xidmətləri üçün 2 milyard dollarlıq müqavilə imzalayıb. Müqavilə 31 may 2033-cü ilə qədər tamamlanmalıdır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


