Bakı. Trend:
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər
Kubokunda daha 2 oyun keçirilib.
Trend-in
məlumatına görə, A qrupunda Mali Zambiya ilə 1:1 hesablı heç-heçə
edib. B qrupunda isə Cənubi Afrika Respublikası Anqolaya qalib
gəlib – 2:1.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna 2026-cı il yanvarın
18-də yekun vurulacaq.

