STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edib

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 219
ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.

Trend xəbər
verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 109
sinif üzrə 200 minə yaxın şagirdi əhatə edir.




“Layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan
43 nəfər I, 65 nəfər II, 49 nəfər III yerə layiq görülüb. 108
şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr
qazanıb.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin
məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata
keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının
öyrənilməsi və tədrisindən ibarətdir”, məlumatda qeyd edilib.