Azərbaycan şahmatçıları 2025-ci ildə yaxşı nəticələrə nail olublar

Baş səhifə
Azərbaycan şahmatçıları 2025-ci ildə yaxşı nəticələrə nail olublar

Azərbaycan şahmatçıları 2025-ci ildə yaxşı nəticələrə nail olublar.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2025-ci ilin yekunları ilə bağlı təşkil edilən tədbirdə deyib.

“Bu il barədə danışmaq çox maraqlıdır. İdman hadisələri ilə zəngin il oldu. Yaxşı nəticələrə nail olmuşuq. İl Azərbaycan çempionatı ilə başladı. Bu yarış bizim üçün vacib idi. Kişilər və qadınlar arasında gərgin mübarizə getdi. Ardınca “Chess Tour”a start verdik. Şahmatçılarımızın yarış praktikası az idi. Belə qərara gəldik ki, digər ölkələrdən şahmatçılar ölkəmizə gəlsinlər. Bölgələrimizdə səkkiz turnir gerçəlləşdi. “Baku Open” yarışı da yüksək səviyyədə baş tutmuşdu”.