Qazaxıstanda körpü uçub

Baş səhifə

Qazaxıstanda Keles çayı üzərində yerləşən körpü uçub.

APA “vestikavkaza”ya istinadən xəbər verir ki, hadisə ötən gecə Türküstan vilayətində baş verib.

Körpüdə hələ yeddi ay əvvəl çat yarandığı qeyd olunub.

Qəza vaxtı körpüdə nəqliyyat vasitəsi olmayıb, xəsarət alanlar yoxdur.