Müharibə heç vaxt mədəni irsin qorunmasına kömək etməyib – Harvard Universitetinin professoru

Baş səhifə

Bakı.Trend:

Müharibə heç vaxt mədəni irsin qorunmasına kömək etməyib.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən
“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış
azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və
sülhə aparan yol” mövzusunda keçirilən III Beynəlxalq Konfransın
panel sessiyasında Harvard Universitetinin tədqiqat direktoru Mark
Nathan Kramer bildirib.

O qeyd edib ki, on doqquzuncu əsrə qədər beynəlxalq hüquq
mütəxəssisləri mədəni irsi beynəlxalq hüququn müvafiq subyekti kimi
görmürdülər. Bu isə müharibə edən tərəflərin düşmənin əmlakını,
hətta müqəddəs olsa belə, məhv etmək və ya talamaq hüququna malik
olmasını şərtləndirib

“Minilliklər ərzində müharibə mədəni obyektlərin dağıdılması,
talan edilməsi və uzun müddət mədəniyyət obyektlərinə girişin
qadağan edilməsi ilə müşayiət olunub”, – o bildirib.

Professor əlavə edib ki, mədəni irsin məhv edilməsi və talanması
təhlükəsi dövlətləri döyüşməkdən çəkindirəcək və yarana biləcək
müharibələri həll etmək üçün onları daha sürətli hərəkət etməyə
vadar edəcək.