Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və
sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o
cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son
dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin
maarifləndirilməsi, onların sual və təkliflərinin yerində
dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın
19-u saat 10:00-da Agentliyin inzibati binasında “Açıq qapı” günü
keçiriləcək.

“Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq
məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt
ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.




Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində
vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günləri
mütəmadi olaraq təşkil olunur.

Bu barədə Agentliyin rəsmi veb-saytında və sosial şəbəkə
hesablarında məlumat verilir.