Azərbaycan Voleybol Federasiyasının rəsmisi “Qalatasaray”ın oyununa təyinat alıb

Baş səhifə
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Qalatasarayın oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer kimi təyinat alıb.

Bu barədə “Report”a AVF-dən məlumat verilib.

Z.Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Qalatasaray” və Portuqaliyanın “Portu” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Dekabrın 3-də İstanbulda reallaşacaq qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.