“Xəstəxananın maddi-texniki bazası gücləndirilib” –

Baş səhifə

İcbari tibbi sığorta nəticəsində xəstəxananın maddi-texniki bazası gücləndirilib”.

Metbuat.az xəbər verir ki, bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı xəstəxananın direktoru Samir Namazov bildirib ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin maddi-texniki bazası gücləndirilib və xidmətlərin növü genişlənib.

Onun sözlərinə görə, xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur:

“Müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik yaradır.

Həmçinin xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.