Bakı.Trend:
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ
bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs
saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla
Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər
şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi
başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və
ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında
fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi
müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı
kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar,
bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və
digər elektron cihazlar aşkarlanaraq götürülüb.

