
Bakı. Trend:
Bakı Fond Birjası xarici brokerlərin məsafədən qoşulmasını
planlaşdırır.
Trend xəbər
verir ki, bunu “Bakı Fond Birjası“nın Baş İcraçı Direktorun
müavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov bu gün Bakıda
keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə
deyib.
“Nail olmaq istədiyimiz əsas hədəf xarici brokerlərlə məsafədən
qoşulmaları təmin etməkdir. Yəni, birjanın xidmətlərinə və ya
sistemlərinə xarici brokerlərin uzaqdan (onlayn) çıxış imkanı əldə
etməsi üzərində çalışırıq”, – o vurğulayıb.
O. Qasımov bildirib ki, bu da özündə müəyyən requlyativ işləri
zəruri edir: “Hazırda bu istiqamətdə tənzimləmələrlə bağlı
requlyatorla birlikdə işlər aparırıq. Gələn ilin ortalarına xarici
brokerlərlə məsafədən qoşulmalar mümkün olacaq”.


