
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyaya artan maraq nümayiş etdirir ki, bu da Azərbaycanın iştirakı ilə regional “C5+1” formatının “C6+1”-ə genişləndirilməsinə dəstəkdə əks olunur.
“Report”un məlumatına görə, bunu Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con E.Herbst Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda bildirib.
C.Herbst qeyd edib ki, forum Vaşinqtonda ABŞ və Mərkəzi Asiya ölkələri arasında prezident səviyyəsində tarixdəki ilk görüşdən cəmi iki həftə sonra keçirilir. Həmin görüşdə Ağ Ev regionu yeni xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirib.
O vurğulayıb ki, Daşkənddəki sammitdə Mərkəzi Asiya ölkələrinin C5 formatını Azərbaycanı da daxil etməklə C6-ya genişləndirmək qərarı Bakının regional arxitekturada artan rolunu əks etdirir.
Xəbər yenilənir
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


