
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik
stansiyalarında (KES) 73,5 milyon kVt-saat elektrik enerjisi
istehsal edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9
milyon kVt-saat və ya 61,2% çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik
stansiyalarında 532,3 milyon kVt-saat elektrik enerjisi istehsal
edilib ki, bu da ötən ili ilk 10 ayındakı göstərici ilə müqayisədə
46 milyon kVt-saat və yaxud 9,5% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin
yanvar-oktyabr aylarında 2,818 milyard manat dəyərində məhsul
istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 542,7 milyon manat təşkil
edib.


