Bakı. Trend:
Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrant
ölüb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, qayığın göyərtəsində 49 miqrant olub.
Liviya tərəfinin həyata keçirdiyi axtarış və xilasetmə
əməliyyatı nəticəsində yeddi nəfərin həyatını xilas etmək mümkün
olub.

