
Bakı. Trend:
Türkiyənin aparıcı aviaşirkəti olan “Turkish Airlines”, “Boeing”
korporasiyasından almağı planlaşdırdığı B787 tipli təyyarələr üçün
75 ədəd mühərriklərin alınması barədə “GE Aerospace” şirkəti ilə
razılıq əldə edib.
Trend xəbər verir
ki, bu barədə “Turkish Airlines” məlumat yayıb.
Məlumata görə, “Turkish Airlines” sentyabr ayında 2029–2034-cü
illər arasında 225 yeni təyyarə almaq planını elan edib. Onların
arasında 75 ədəd B787-9 və B787-10 modeli də yer alır. Bu
sifarişlərin 50-si təsdiqlənmiş, 25-i isə opsion formasındadır.
“Müsabiqə nəticəsində “GE Aerospace” ilə B787-9 və B787-10
təyyarələri üçün mühərriklərin, ehtiyat mühərriklərin və
mühərriklərin texniki xidməti üzrə xidmətlərin alınmasına dair
razılıq əldə olunub”, – məlumatda bildirilir.
Müqavilənin məbləği açıqlanmayıb.


