“Qarabağ” – “Çelsi” oyununun hakimləri məlum olub

Baş səhifə

Bakı. Trend:

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində
keçiriləcək “Qarabağ” – “Çelsi” oyununu idarə edəcək hakimlər bəlli
olub.

Trend xəbər
verur ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə
edəcək.

Oyunun baş hakimi vəzifəsi Sebastyan Gishamerə tapşırılacaq.




Qeyd edək ki, oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika
stadionunda, saat 21:45-də start götürəcək.