Bakı. Trend:
Birləşmiş Ştatlar Yamaykaya “Melissa” qasırğasının fəsadlarının
aradan qaldırılmasına kömək məqsədilə hərbçilər və yüklərlə dolu üç
hərbi helikopter göndərib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub
Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müxtəlif təchizatlarla birlikdə üç “CH-47
Chinook” helikopteri ilkin xilasetmə və təcili humanitar yardım
səyləri çərçivəsində 40 hərbçini daşıyıb.
Qeyd edilir ki, yaxın vaxtlarda adaya daha üç “UH-60 Black Hawk”
və iki “HH-60 Black Hawk” helikopteri yola salınacaq.

