Bu gün Premyer Liqanın daha 3 oyunu start götürəcək

Baş səhifə

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha
iki qarşılaşması baş tutacaq.

Trend xəbər
verir ki, günün ilk oyununda “Karvan-Yevlax” “Zirə”ni qəbul
edəcək.

Saat 14:00-da başlayacaq matç Şamaxı Şəhər Stadionunda
oynanılacaq.




Daha sonra “Neftçi” doğma azarkeşlər önündə “Kəpəz”i sınağa
çəkəcək.

“Palms Sports Arena”da baş tutacaq görüş saat 17:00-da start
götürəcək.

Qeyd edək ki, “Zirə” 16 xalla üçüncü, “Neftçi” 12 xalla
səkkizinci, “Karvan-Yevlax” 5 xalla onbirinci, “Kəpəz” isə 3 xalla
sonuncu – onikinci sırada qərarlaşıb.