Məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar sədaqətdir – Eldar Əzizov

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın
təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə
keçirilib.

Trend xəbər verir ki, Müşavirədə çıxış edən Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət proqramlarının uğurla
həyata keçirilməsi üçün peşəkarlığın, məsuliyyətin və vicdanlı
yanaşmanın vacib olduğunu vurğulayıb.

Eldar Əzizov qeyd edib ki, bu gün dövlət qulluqçularının
əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Lakin etik
pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları
tamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət
qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə
qiymətləndirilməlidir.




“Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz
məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya
uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü
hallarla qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan
Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o
cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan
təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların
işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir”, –
deyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.

Merin sözlərinə görə, hər bir dövlət məmuru cəmiyyət qarşısında
məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə
çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş
etdirməlidir.