Bakı. Trend:
“Altitude Air” hava yolları şirkətinə (Nepal) məxsus “Airbus B3”
helikopteri Everest yaxınlığında yerləşən Lobuçe yaşayış
məntəqəsinə eniş etməyə çalışarkən qəzaya uğrayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qəzaya uğramış helikopter Lobuçedə çıxılmaz
vəziyyətdə qalmış xarici turistlərin təxliyə olunması üçün Lukla
aerportundan göndərilib.
Qəzada xəsarət alan pilot başqa bir helikopterə təxliyə
olunub.
Hadisənin təfərrüaltları barədə məlumat yoxdur.

