Almaniya Türkiyəyə “Eurofighter” qırıcılarının satışına mane olmayacaq

Baş səhifə

Bakı. Trend:

Almaniya Türkiyəyə “Eurofighter” qırıcı təyyarələrinin satışına
mane olmayacaq.

Trend xəbər verir
ki, bu barədə “Airbus”ın müdafiə və kosmos üzrə baş icraçı
direktoru Mişel Şoellhorn Türkiyənin “Anadolu” xəbər agentliyinə
müsahibəsində deyib.




O bildirib ki, satışla bağlı müzakirələr artıq son mərhələyə
yaxındır və nəticənin müsbət olacağına ümid edir.

M. Şoellhorn həmçinin Avropa ölkələrini müdafiə xərclərini
artırmağa çağırıb.