Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb

Baş səhifə
Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb

Almaniya Bundesliqasının VII turunda “Bayer 04″ün səfərdə “Maynts”a qalib (4:3) gəldiyi oyun Leverkuzen kollektivinin futbolçusu Robert Andrix üçün əlamətdar olub.

“Report” xəbər verir ki, o, sözügedən matçda yeni rekorda imza atıb

31 yaşlı yarımmüdafiəçi ardıcıl 38-ci səfər oyununda uduzmamaqla yeni uğur əldə edib.

Bu göstərici ilə Andrix Dante və Filipp Lama məxsus əvvəlki (37 oyun) rekordu yeniləyib.

Qeyd edək ki, “Bayer 04” hazırda Bundesliqada 5-ci pillədə qərarlaşıb.